Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

29 yanvar 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106001750 ISIN-li, 15 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 4 investor tərəfindən qiymət intervalı 98.1645  AZN (10.0356 %) və 100.0774  AZN (8.9568 %) olan 5 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000  AZN (9.0000%), orta ölçülmüş qiyməti 100.0067 AZN (8.9962%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 12,567,800.00, yerləşdirilmiş həcmi isə 11,549,200.00 AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  25.01.2022-ci il.

Hərrac iştirakçıları 30 yanvar 2019-cu il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.