Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Ticarət xəbərləri

06 sentyabr 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102012512 ISIN kodlu, 182 gün tədavül müddətli, 20 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 2 investor tərəfindən 4 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 2,953,500.00 AZN təşkil etmişdir.

Sifarişlər 91.5140 AZN (18.6994%) və 94.9200 AZN (10.7924%) qiymət intervalında təqdim edilmişdir.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 94.9200 AZN (10.7924 %) orta ölçülmüş qiyməti 94.9200 AZN (10.7924 %) təşkil etmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 07.09.2016 (t+1) tarixində həyata keçiriləcəkdir.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 1,053,500.00 AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  07.03.2017-cı  ildir.

İstiqrazların tədavül müddəti –  182  gündür.