Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Ticarət xəbərləri

11 oktyabr 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104014516 ISIN kodlu, 364 gün tədavül müddətli, 15 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 8 investor tərəfindən 15 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 37,543,900.00 AZN təşkil etmişdir.

Sifarişlər 82.0500 AZN (21.9974%) və 87.7100 AZN (14.0892%) qiymət intervalında təqdim edilmişdir.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 86.9876 AZN (15.0413%) orta ölçülmüş qiyməti 87.0407 AZN (14.9708%)  təşkil etmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 12.10.2016 (t+1) tarixində həyata keçiriləcəkdir.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  15 000 000  AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  10.10.2017-cı  ildir.

İstiqrazların tədavül müddəti –  364 gündür.