Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Ticarət xəbərləri

08 noyabr 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104021511 ISIN kodlu, 364 gün tədavül müddətli, 15 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 6 investor tərəfindən 13 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 34,071,000.00 AZN təşkil etmişdir.

Sifarişlər 82.0000 AZN (22.1331%) və 87.3969 AZN (14.5400%) qiymət intervalında təqdim edilmişdir.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 86.9876 AZN (15.0828%) orta ölçülmüş qiyməti 87.0711 (14.9717%)  təşkil etmişdir.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  15 000 000  AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  07.11.2017-cı  ildir.

İstiqrazların tədavül müddəti –  364 gündür.