Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

13 dekabr 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0101024518 ISIN kodlu, 91 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 7 investor tərəfindən 17 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 25,734,000.00 AZN təşkil etmişdir.

Sifarişlər 95.2664 AZN (20.1512%) və 95.9455 AZN (17.1381%) qiymət intervalında təqdim edilmişdir.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 91.7165 AZN (18.1494%) orta ölçülmüş qiyməti 95.7791 AZN (17.8724%)  təşkil etmişdir.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  10 000 000  AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  14.03.2017-cı  ildir.

İstiqrazların tədavül müddəti –  91 gündür.