Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

 

30 may 2017-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104011546 ISIN kodlu, 364 gün tədavül müddətli, 25 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 9 investor tərəfindən 16 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 62,704,800.00 AZN təşkil etmişdir.

Sifarişlər 84.8167 AZN (17.9999%) və 87.3969 AZN (14.4999%) qiymət intervalında təqdim edilmişdir.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 87.0187 AZN (15.0000%), orta ölçülmüş qiyməti 87.1975 AZN (14.7630%) təşkil etmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 31.05.2017 (t+1) tarixində həyata keçiriləcəkdir

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  25 000 000 AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  29.05.2018-cı  ildir.