Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Ticarət xəbərləri

30 avqust 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0101011515 ISIN kodlu, 91 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 8 investor tərəfindən 15 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 33,714,500.00 AZN təşkil etmişdir.

Sifarişlər 96.3512 AZN (15.4003%) və 97.9200 AZN (8.6383%) qiymət intervalında təqdim edilmişdir.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti  97.6234 AZN (9.9001%) orta ölçülmüş qiyməti 97.7580 AZN (9.3265%)  təşkil etmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 31.08.2016 (t+1) tarixində həyata keçiriləcəkdir.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  10 000 000  AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  29.11.2016-cı  ildir.

İstiqrazların tədavül müddəti –  91 gündür.