Repo bazarı

Repo bazarı Bazar iştirakçıları üçün qısamüddətli borc cəlb etmə imkanları təqdim edir. Banklar burada öz aralarında və ARMB ilə repo əməliyyatları bağlayaraq qısamüddətli maliyyə ehtiyaclarını təmin edə bilərlər.

  • Mərkəzi Bankın REPO əməliyyatları barədə qısa məlumat

    Aəzbaycan Respublikasının Mərkəzi Bankı ilə kommersiya bankları arasında notlar və dövlət istiqrazları əsasında repo və əks-repo əməliyyatları bağlanıldığı bazardır. Repo bazarı Bazar iştirakçıları üçün qısamüddətli borc cəlb etmə imkanları təqdim edir. Bazar iştirakçıları burada öz aralarında repo əməliyyatları bağlayaraq qısamüddətli maliyyə ehtiyaclarını təmin edə bilərlər.

    Bir qayda olaraq Mərkəzi Bankın REPO/Əks repo əməliyyatları Mərkəzi Bank və müvəkkil bankalar araısnda Repo Baş Razılaşmasına uyğun olaraq BFB-də keçrilir. Bu zaman predmeti olaraq Mərkəzi Bankın qısamüddətli notları və dövlət istiqrazları çıxış edir.

    - REPO əməliyyatı Mərkəzi Bank tərəfindən qiymətli kağızların müvəkkil banka satışı (REPO-nun açılması) və eyni zamanda müvəkkil bank tərəfindən həmin qiymətli kağızları Mərkəzi Banka satmaq, Mərkəzi Bankın isə onları müvəkkil bankdan geri satın almaq öhdəliyini (REPO-nun bağlanması) rəsmiləşdirən maliyyə əməliyyatıdır.

    - Əks-REPO əməliyyatı müvəkkil bank tərəfindən qiymətli kağızların Mərkəzi Banka satışı (REPO-nun açılması) və eyni zamanda Mərkəzi Bank tərəfindən həmin qiymətli kağızları müvəkkil banka satmaq, müvəkkil bankın isə onları Mərkəzi Bankdan geri satın almaq öhdəliyini (REPO-nun bağlanması) rəsmiləşdirən maliyyə əməliyyatıdır.

    REPO-nun açılma tarixi Mərkəzi Bank tərəfindən qiymətli kağızların müvəkkil banka satıldığı gündür.
    Əks-REPO-nun açılma tarixi müvəkkil bank tərəfindən qiymətli kağızların Mərkəzi Banka satıldığı gündür.

    REPO-nun bağlanma tarixi Mərkəzi Bank tərəfindən qiymətli kağızların müvəkkil bankdan satın alındığı gündür.
    Əks-REPO-nun bağlanma tarixi müvəkkil bank tərəfindən qiymətli kağızların Mərkəzi Bankdan satın alındığı gündür.

    Repo açılış əqdi tarixi ilə Repo bağlanış əqdi tarixi arasındakı müddət Repo müddətini təşkil edir. Repo əməliyyatlarının həyata keçirilməsinin müddəti və repo faiz dərəcəsi Mərkəzi Bank tərəfindən müəyyən olunur.

    Mərkəzi Bank apardığı REPO/əks-REPO əməliyyatları üzrə illik faiz dərəcələrini sərbəst şəkildə və ya bu məqsədlə keçirilən hərraclar vasitəsilə müəyyən edir. Repo əməliyyatı üzrə gəlirlilik dərəcəsi repo açılış əqdi qiyməti ilə repo bağlanış əqdi qiyməti arasındakı fərqdən formalaşır.

    Repo ticarəti Birjanın ticarət reqlamentinə uyğun olaraq həyata keçirilir. Repo sifarişləri növünə görə limitli sifariş və bazar sifarişi ola bilər.
    BFB-də Mərkəzi Bankın REPO/Əks repo əməliyyatlarının təşkili barədə daha ətraflı məlumatı aşağıdakı keçidlərdə və ya bizimlə əlaqə saxlayaraq əldə etmək olar.