Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Metak istiqrazları BFB-də listinqə qəbul edilmişdir

Ticarət xəbərləri

13 aprel 2018-ci il tarixində BFB-nin Listinq Komitəsinin qərarı ilə “Met-Ak”MMC-nin faizli, sənədsiz, adlı təmin edilməmiş istiqrazlları BFB-də standart bazar seqmentində listinqə daxil edilmişdir:

 

Döv. Qeyd. nömrəsi Q/k növü və forması Emitent Ticarətə buraxılan qiymətli kağızların sayı Q/k-ın ilkin ticarət qiyməti Bazar seqmenti
1 AZ2002020272 faizli sənədsiz adlı təmin edilməmiş istiqraz “Met-Ak” MMC 3 000 (ədəd) 1 000 AZN standart

 

Nominal dəyəri 3 mln. AZN olan istiqrazların tədavül müddəti 1 ildir və illik gəlirlik dərəcəsi 12%-dir.  İstiqrazlar BFB-də kütləvi təklif qaydasında, hərrac üsulu ilə yerləşdiriləcək. Hərrac tarixi əlavə olaraq açıqlanacaq.

Metak istiqrazları BFB-nin Listinq Məsləhət Proqramı çərçivəsində listinqə alınmışdır.

Emissiya prospekti və emitentin digər məlumatlarını BFB-nin internet səhifəsinin “Listinqdə olan şirkətlər” bölməsində (www.bfb.az) yerləşdirilib.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.