Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

“Metak” MMC BFB-nin “Listinq Məsləhət Proqramı” üzrə növbəti mərhələsinə start verilmişdir

Ticarət xəbərləri

         “METAK” MMC-nin Bakı Fond Birjasının (BFB) “Listinq Məsləhət Proqramı” (LAP) üzrə növbəti mərhələsinə start verilmişdir. Beləki, Proqram çərçivəsində istiqraz buraxılışı üzrə emisiya prospekti dövlət qeydiyyatına alınmış və “METAK” MMC BFB-də Listinqə qəbul üçün müraciət etmişdir. “METAK” MMC-nin müraciəti üzrə BFB-də Listinq prosesi başladılmışdır. Qeyd etmək istərdik ki, Listinq prosesi sona çatdırıldıqdan sonra Emissiya prospekti Bakı Fond Birjasının internet səhifəsi vasitəsilə paylaşılacaqdır.

Nəzərinizə çatdırmaq istərdik ki, yerləşdiriləcək istiqrazların sayı 2 000(iki min) ədəd, nominal dəyəri 1 000 AZN (bir min) istiqraz üzrə illik gəlirliyi 14 % təşkil edir. İstiqrazlar üzrə ödənilməli olan faizlər buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən dövri olaraq hər 3 təqvim  ayından bir ödəniləcəkdir.

Əlavə olaraq, İstiqrazların Emitent tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə, istiqrazları ilkin yerləşdirmədə əldə etmiş investorlar tərəfindən 6 aydan sonra geri satın alınması imkanı nəzərdə tutulmuşdur.

BFB-nin təşkil etdiyi “Listinq Məsləhət Proqramı” şirkətlərə Azərbaycan kapital bazarlarından maliyyələşməyə dəstək və yerli kapital bazarlarının təşviqi məqsədi daşıyır.

“METAK MMC” LAP-yə 28 mart 2017-ci il tarixində qoşulmuşdur.