Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

“Metak” MMC BFB-nin “Listinq Məsləhət Proqramı” üzrə növbəti mərhələsini başa çatdırmışdır

Korporativ xəbərlər

    Bakı Fond Birjasının (BFB) “Listinq Məsləhət Proqramı” (LAP)-na qoşulmuş “METAK” MMC Proqram çərçivəsində istiqraz buraxılışı ilə yerli kapital bazarlarından maliyyələşmə qərarını qəbul etmiş və buraxılışı dəstəkləyəcək investisiya şirkəti “AzFinance İ.Ş” QSC  ilə ilkin razılaşma əldə edilmişdir.

LMP çərçivəsində növbəti mərhələ qiymətli kağızların buraxılışı, listinqi və yerləşdirlməsini nəzərdə tutur.

BFB-nin təşkil etdiyi “Listinq Məsləhət Proqramı” şirkətlərə Azərbaycan kapital bazarlarından maliyyələşməyə dəstək və yerli kapital bazarlarının təşviqi məqsədi daşıyır.

“METAK MMC” LAP-yə 28 mart 2017-ci il tarixində qoşulmuşdur.