Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Metak MMC LAP-yə qoşulması ilə əlaqədar BFB-də növbəti Açılış Zənginin iştirakçısı olmuşdur

Korporativ xəbərlər

METAK MMC BFB-nin təşkil etdiyi Azərbaycan kapital bazarlarından maliyyələşmənin təşviqi və bu istiqamətdə şirkətlərə dəstək göstərilməsinə yönəlmiş “Listinq Məsləhət Proqramı”na qoşulmuşdur.

Bu münasibətlə, 28.03.207-ci il tarixində BFB-də BFB-nin İdarə Heyəti sədrinin səlahiyyətlərini icra edən Vüqar Namazov və METAK MMC-nin icraçı direktoru Aydın Kərimov tərəfindən “Listinq Məsləhət Proqramı” (LAP)-na qoşulma haqqında saziş imzalanmışdır.

Sazişə əsasən “METAK MMC” kapital bazarları alətləri vasitəsi ilə investisiya cəlb olunması, bunun üçün optimal alətlərin seçilməsi, investisiya imkanlarının dəyərləndirilməsi, investorlar üçün təklifin hazırlanması üzrə LAP çərçivəsində təqdim edilən ödənişsiz məlumat və məsləhət xidmətlərindən istifadə edəcəkdir. Hazırda şirkətin LAP çərçivəsində Azərbaycan kapital bazarlarından maliyyələşmə üzrə yol xəritəsi hazırlanır.

LAP-na qoşulma haqqında saziş imzalandıqdan sonra, METAK MMC Bakı Fond Birjasında ticarətin başlanmasını simvolizə edən növbəti açılış zənginin iştirakçısı olmuşdur.

BFB-nin Listinq Məsləhət Proqramı 2014-cü ildən etibarən həyata keçirilir. Proqramın məqsədi kapital bazarı vasitəsi ilə maliyyələşməni təşviq etmək, LAP tərəfdaşları ilə birgə şirkətlərə bu sahədə zəruri maliyyə, audit, hüquq, investisiya, ictimaiyyətlə əlaqələr istiqmətində məlumat – məsləhət xidmətləri göstərməkdir. LAP xidmətlərindən istifadə etmək üçün Azərbaycanda fəaliyyət göstərən istənilən yerli şirkət BFB-yə müraciət edə bilər. LAP çərçivəsində göstərilən xidmətlərdən istifadə ödənişsizdir.

BFB-nin LAP layihəsi üzrə tərəfdaşları ölkənin audit, investisiya, hüquq, ictimaiyyətlə əlaqələr sahələri üzrə ixtisaslaşmış qabaqcıl şirkətləridir.

METAK MMC Azərbaycanda polad və plastik borular və fitinqlər, tikinti işkələləri, qəliblər və müxtəlif növ kənd təsərrüfatı üçün məhsulların istehsalı və satışı ilə məşğul olan, 20 illik təcrübəyə malik şirkətdir. Şirkətin ümumilikdə 2500-ə yaxın məhsul çeşidi mövcuddur.