Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

“Parabank”ASC və “Dekabank”ASC-nin qiymətli kağızları BFB-də delist edilmişdir.

Ticarət xəbərləri

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Dekabank” ASC-nin və “Parabank” ASC-nin bank lisenziyaları ləğv edildiyindən, BFB-nin listinq qaydalarına uyğun olaraq, listinq komitəsinin qərarı ilə sözü gedən emitentlərin Bakı Fond Birjasında listinqdə olan aşağıdakı qiymətli kağızlarının delistinq edilməsi qərara alınmışdır:

Döv. Qeyd. nömrəsi Q/k növü və forması Emitent Bazar seqmenti
1 AZ1005005397 adi, adlı səhm “Dekabank” ASC alternativ
2 AZ1001003800 adi, adlı səhm “Parabank” ASC alternativ
3 AZ2003003806 faizli, təmin edilməmiş, adlı istiqraz “Parabank” ASC alternativ
4 AZ2004003805 faizli, təmin edilməmiş, adlı istiqraz “Parabank” ASC alternativ
5 AZ2005003804 faizli, təmin edilməmiş, adlı istiqraz “Parabank” ASC alternativ

BFB-nin lisitinq qaydalarına əsasən, delistinq qərarı bu qərarın açıqlanmasından iki ay sonra qüvvəyə minir.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarı ilə lisenziyaları dayandırılmış “Kredobank” ASC və “Zaminbank” ASC-nin qiymətli kağızları BFB-də listinqdə mövcud deyildir.