Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

“PSG–Kapital İnvestisiya Şirkəti” QSC-nin Bakı Fond Birjasında (BFB) üzvlüyü bərpa olunmuşdur.

Korporativ xəbərlər

BFB-nin Üzvlük Komissiyasının qərarlı ilə 29 avqust 2016-cı il tarixindən etibarən “PSG–Kapital İnvestisiya Şirkəti” QSC-nin Bakı Fond Birjasında (BFB) üzvlüyü bərpa olunmuşdur. Şirkət fəaliyyətini “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa və BFB-nin “Üzvlük Qaydaları”na uyğunlaşdırdığı üçün bu qərar alınıb.

Üzvlüyün bərpası ilə əlaqədar olaraq, BFB-nin idarə heyətinin sədrinin müavini Vüqar Namazov tərəfindən şirkət rəhbərinə yenilənmiş üzvlük şəhadətnaməsi təqdim edilmişdir.

Məlumat üçün bildiririk ki, “PSG–Kapital İ.Ş.” QSC Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 01 avqust 2016-cı il tarixində verilmiş investisiya şirkəti fəaliyyəti üçün lisenziyaya malikdir.

Hazırda BFB-nin “PSG–Kapital İ.Ş.” QSC də daxil olmaqla 6 aktiv üzvü var.

BFB-nin üzvlərinin siyahısı və onlar barədə ətraflı məlumat BFB-nin internet saytının (www.bfb.az) üzvlər bölməsində yerləşdirilmişdir.

DSC01673