Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Sənədli investisiya qiymətli kağızları ilə bağlı qadağa

Korporativ xəbərlər

14 iyul 2015-ci il tarixində qüvvəyə minmiş “Qiymətli Kağızlar Bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa əsəsən Azərbaycan Respublikasında sənədli investisiya qiymətli kağızların (səhm və istiqraz) buraxılışı, o cümlədən artıq tədavüldə olan sənədli investisiya qiymətli kağızları ilə əqdlərin həyata keçirilməsi qadağan edilmişdir.

Bununla əlaqədar olaraq, “Bakı Fond Birjası” QSC-də listinqdən keçmiş aşağıdakı sənədli qiymətli kağızların mütəşəkkil ticarəti onların sənədsizləşdirilməsinədək müvəqqəti olaraq BFB tərəfindən dayandırılmışdır:

•  Bank “BTB” açıq səhmdar cəmiyyətinin sənədli səhmləri;

•  “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin sənədli səhmləri;

•  “Kapital Bank” açıq səhmdar cəmiyyətinin sənədli səhmləri.