Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

SOCAR istiqrazları ilə BFB-də Repo əməliyyatlarına start verilir.

Ticarət xəbərləri

SOCAR istiqrazları (ISIN AZ2001019895) BFB-də REPO predmeti siyahısına əlavə edilmişdir. Bu o deməkdir ki, istiqrazların BFB-də təkrar bazar ticarəti ilə bərabər, onlarla REPO əməliyytaları da həyata keçirmək mümkündür.

Qeyd edək ki, REPO predmeti olaraq yüksək likvidli, market meykeri olan lətlər seçilir. SOCAR istiqrazlarının market-meykeri qismində “PSG Kapital İnvestisiya Şirkəti” QSC iştirak edir və SOCAR istiqrazlara geriyə alış təminatı verir.

SOCAR istiqrazlarının REPO təminat əmsalı Milli Depozit Mərkəzi ilə razılaşdırılaraq 5% təyin edilmişdir.

Xatırladaq ki, REPO institutsional investorlara qısamüddətli likvidliyin idarə olunması məqsədi ilə, repo predmeti müqabilində vəsit cəlb etmək/yerləşdirmək imkanı verən alətdir.

Repo predmeti olan bütün alətlərin siyahısı BFB-nin internet saytının qayda və təlimatlar bölməsində yerləşdirilmişdir.