Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

“The Finsbury Group Limited” BFB-nin Listinq Məsləhət Proqramına qoşulmuşdur

Korporativ xəbərlər

          Bakı Fond Birjasının Kapital bazarından maliyyələşməni təşviq edən məlumat və məsləhət xidmətləri proqramı – “Listinq Məsləhət Proqramı” (LMP) üzrə əməkdaşlıq haqqında Kollektiv Sazişə ilk dəfə olaraq xarici şirkət “The Finsbury Group Limited” qoşulmuşdur.

Bununla əlaqədar olaraq, tərəflər arasında 25 May 2018-ci il tarixində “Listinq Məsləhət Proqramı” -na qoşulma haqqında saziş imzalanmışdır.

Qeyd edək ki, The Finsbury Group Limited Böyük Britaniya şirkəti olmaqla PR və investorlarla əlaqələrin qurulması üzrə ixtisaslaşmışdır, həmçinin 15-dən çox ölkədə rəsmi nümayəndəlikləri mövcuddur. Sazişə əsasən Finsbury şirkəti Bakı Fond Birjasının  Listinq Məsləhət Proqramı çərçivəsində investisiya şirkətləri ilə strateji əlaqələrin qurulması və PR xidmətləri üzrə dəstəyin göstərilməsi nəzərdə tutulmuşdur.