Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Unibank istiqrazlarının BFB-də yerləşdirilmə əqdləri keçirilmişdir

Ticarət xəbərləri

28 dekabr 2017-ci il tarixində Bakı Fond Birjasında (BFB) “Unibank Kommersiya Bankı” ASC-nin (ISIN nömrəsi AZ2011002022) faizli, sənədsiz, adlı təmin edilməmiş istiqrazlarının  yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazların yerləşdirməsi nominal qiymətlə (10.000 ABŞ dolları) aparılmışdır .

Hərrac zamanı Unibank istiqrazlarina ümumilikdə 10 milyon ABŞ dolları həcmində sifariş toplanmışdır.

Unibank istiqrazları 10 milyon ABŞ dolları olmaqla, tam həcmdə yerləşdirilmişdir.

Qanunvericiliyə müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən istiqrazların emissiyasının yekunları dövlət qeydiyyatına alındıqdan sonra yerləşdirmə baş tutmuş hesab ediləcəkdir.