Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Unibank istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Ticarət xəbərləri

28 dekabr 2017-ci il tarixində Bakı Fond Birjasında (BFB) “Unibank Kommersiya Bankı” ASC-nin faizli, sənədsiz, adlı təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir :

Qiymətli kağızın ISIN kodu AZ2011002022
Emissiya həcmi 10 000 000 USD
Nominal qiyməti 1000 USD
Hərrac qiyməti 10 000 USD
İstiqrazların tədavül müddəti 6 il (2190 gün)
Faiz dərəcəsi 6%
Faiz gəlirinin ödəniş müddəti  3 aydan bir (90 gün)
Anderrayter Unicapital İŞ ASC

 

Emitentin qərarına əsasən, tələb təklifdən çox olduğu halda hərracın kəsmə qiymətilə eyni qiymətdə təqdim edilən sifarişlər  mütənasib qaydada təmin ediləcəkdir.

Unibankın istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.