Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

“Unibank” KB ASC-nin istiqrazlarının tədavül müddətinin uzadılması ilə əlaqədar

Ticarət xəbərləri

“Unibank” KB ASC-nin İdarə Heyətinin 04 aprel 2016-cı il tarixli Qərarına əsasən 11 mart 2011-ci il tarixdə AZ2007002028 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış istiqrazların tədavül müddəti 16 may 2016-cı il tarixinə qədər uzadılmışdır.

Bununla əlaqədar, sözügedən istiqrazların emissiya prospektinin “B” bölməsinin 1.4-cü, 1.12-ci və 1.13cü bəndlərinə və emissiya prospektinin A cədvəlinə dəyişikliklər edilmiş və həmin dəyişikliklər Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən nəzərə alınmışdır.