Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

“Unibank Kommersiya Bankı” ASC BFB-də səhmlərinin kütləvi təklif etmək üçün müraciət etmişdir

Korporativ xəbərlər

BFB-nin təşkil etdiyi “Listinq Məsləhət Proqramı” üzrəUnibank Kommersiya Bankı” ASC tərəfindən səhmlərinin kütləvi təklifi üçün Bakı Fond Birjasına (BFB) Listinqə müraciət edilmişdir. BFB-də Unibankın səhmlərinin kütləvi təklifi üçün Listinq prosesi başlanılmışdır. Listinq prosesi sona çatdırıldıqdan sonra müvafiq sənədlər və maliyyə hesabatları Bakı Fond Birjasının internet səhifəsində yerləşdiriləcəkdir.

Kütləvi təklif olunacaq səhmlərin sayı 3 676 471 ədəd, nominal dəyəri isə 2,72 manatdır. Qiymətli kağızların təklifi abunə yazılışı vasitəsilə həyata keçiriləcək və abunə yazılışının son tarixi 22 dekabr 2017-ci ildir. Səhmlərin kütləvi təklifi zamanı anderrayter qismində “Unicapital İnvestisiya Şirkət”-i çıxış edir.

Unibank 2002-ci ildə Azərbaycanın iki aparıcı özəl bankının birləşməsi nəticəsində Unibank adı altında fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 950 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı və “DEG” Almaniya İnvestisiya Şirkəti Unibank-ın səhmdarları sırasındadır.

Bu Bakı Fond Birjasında Listinq Məsləhət Proqramı” çərçivəsində səhmlərin ilk kütləvi təklifidir.

BFB-nin təşkil etdiyi “Listinq Məsləhət Proqramı” şirkətlərə Azərbaycan kapital bazarlarından maliyyələşməyə dəstək və yerli kapital bazarlarının təşviqi məqsədi daşıyır. Listinq Məsləhət Proqramı sahibkarlıq düşüncə tərzinin formalaşdırılması, listinqin və kapital bazarlarının təşviqi, şirkətlərdə korporativ idarəetmənin tətbiqi, kapital bazarı alətləri vasitəsilə yerli şirkətlərə investisiyaların cəlb edilməsi istiqamətində həyata keçirilir.

“Unibank Kommersiya Bankı” ASC LAP-yə 26 oktyabr 2017-ci il tarixində qoşulmuşdur.