Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

“Unibank Kommersiya Bankı” ASC BFB-nin “Listinq Məsləhət Proqramı” üzrə növbəti mərhələsinə start vermişdir

Ticarət xəbərləri

  “Unibank Kommersiya Bankı” ASC Bakı Fond Birjasının (BFB) “Listinq Məsləhət Proqramı” (LAP) üzrə növbəti mərhələsinə start vermişdir. Beləki, Proqram çərçivəsində “Unibank Kommersiya Bankı” ASC BFB-də Listinqə qəbul üçün müraciət etmişdir. “Unibank Kommersiya Bankı” ASC-nin müraciəti üzrə BFB-də Listinq prosesi başladılmışdır. Qeyd etmək istərdik ki, Listinq prosesi sona çatdırıldıqdan sonra Emissiya prospekti Bakı Fond Birjasının internet səhifəsi vasitəsilə paylaşılacaqdır.

Nəzərinizə çatdırmaq istərdik ki, yerləşdiriləcək istiqrazların sayı 1 000(bir min) ədəd, nominal dəyəri 10 000 (on min) USD, istiqraz üzrə illik gəlirliyi 6 % nəzərdə tutulur. İstiqrazlar üzrə faizlər İstiqrazın nominal dəyərindən hesablanır və istiqrazların tədavül müddəti ərzində ardıcıl olaraq 90 (doxsan) təqvim gününün başa  çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq ödənilir.

BFB-nin təşkil etdiyi “Listinq Məsləhət Proqramı” şirkətlərə Azərbaycan kapital bazarlarından maliyyələşməyə dəstək və yerli kapital bazarlarının təşviqi məqsədi daşıyır.

“Unibank Kommersiya Bankı” ASC LAP-yə 26 oktyabr 2017-ci il tarixində qoşulmuşdur.