TMA bazarı

Törəmə maliyyə alətləri bazarında birja ilə razılaşdırılmış valyuta cütlükləri və əmtəələr əsaslı törəmə maliyyə alətləri ticarət olunur.

  • Valyuta əsaslı TMA bazarı barədə qısa məlumat

    Valyuta əsaslı törəmə malliyyə aləti və ya FX TMA bazarı - İngiliscə Foreign Exchange kəlmələrinin qısaltmasından formalaşmışdır. FX bazarı müxtəlif ölkələrin valyutalarında ticarətin həyata keçirildiyi dünyanın ən böyük maliyyə bazarıdır. FX bazarında bir ölkənin milli valyutasına qarşı digər ölkənin valyutası alınıb-satılır. Əməliyyatın gəlirliliyini alınıb satılan valyutaların məzənnələri arasındakı fərq təşkil edir.
    BFB-nin təşkil etdiyi FX TMA bazarında valyuta cütlükləri alış-satış qiymətlləri (kotirovkaları) birja ilə müqavilə imzalayan market meykerlər tərəfindən təqdim edilir. Hazırda bazarın market meykeri olaraq "Invest AZ" MMC şirkəti çıxış edir.

    BFB FX TMA bazarında baş verən ən son və fundamental yenilikləri nəzərə alaraq aşağıdakı unikal FX xidmətini təşkil edir:
    • Tənzimləmə və nəzarət mexanizminin yaradılması;
    • FX və CFD alətləri üzrə vahid bazarın təşkil olunması;
    • FX birjasında əməliyyatların icrası və hesablaşmalarda şəffaflığın monitorinqi;
    • Bazarda qiymətlərin və əməliyyat həcmlərinin şəffaf şəkildə göstərilməsi;
    • FX əməliyyatlarının icrasında dəqiqliyin, uyğunluğun və etibarlığın artırılması.

    BFB münaqişə və ziddiyətlərdən uzaq, şəffaf hesablaşmalar və icra mexanizmi ilə bu xidməti vermək istəyən bütün təşkilatların istəklərinə cavab verir. BFB bazarda təyin etdiyi market-meyker tərəfindən öhdəliyə götürülmüş maliyyə alətləri və onların gündəlik həcmlərinin düzgün, gecikməsiz və şəffaf şəkildə icra olunmasına nəzarət edir.

    Hal-hazırda BFB-də aşağıdakı valyutalar əasında törəmə maliyyə alətlərinin ticarəti təşkil eidlmişdir:

    USD: ABŞ dolları
    EUR: Avro (AB-nin vahid valyutası)
    RUB: Rusiya rublu
    DKK: Danimarka kronu
    JPY: Yapon yenası
    PLN: Polşa zlotı
    GBP: İngilis funt-sterlinqi
    SEK: İsveç kronu
    TRY: Türkiyə lirəsi
    NOK: Norveç kronu
    NZD: Yeni Zelandiya dolları
    HKD: Hon-Konq dolları
    CHF: İsveçrə frankı
    HUF: Macar forinti
    CAD: Kanada dolları
    ZAR: Cənubi Afrika Rindi
    AUD: Avstraliya dolları
    SGD: Sinqapur dolları

    Maraqlı tərəflər aşağıda verilmiş Ərizə-Anket formasını doldurub imzalamaqla təşkilatın səlahiyyətli şəxsi adından Bakı Fond Birjasına müraciət edə bilərlər.

Fayllar

  • Bazara qoşulmaq üçün müraciət forması
  • TMA bazarının strukturu