Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

“Viza Kredit” BOKT MMC-nin istiqrazlarının yeni emissiyası

Ticarət xəbərləri

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Viza Kredit” BOKT MMC faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının emissiya prospekti qeydə alınmışdır.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası QSC-də həyata keçiriləcək.

Emissiyanın parametrləri aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi AZ2002019225
Emissiyanın həcmi 500 000 ABŞ Dolları
Yerləşdiriləcək istiqrazların sayı 500 ədəd
Bir istiqrazın nominal dəyəri 1 000 ABŞ Dolları
İstiqrazların tədavül müddəti 1095 gün
İstiqraz üzrə faiz dərəcəsi 12 %
Faiz ödəniş dövrünün müddəti 3 aydan bir
Anderrayter “Kapital Menecment” MMC

 

İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.

“Viza Kredit” BOKT MMC-nin istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az ) “Emitentlər” bölməsində yerləşdirilib.