Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

“Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin Bakı Fond Birjasında üzvlüyü bərpa olunmuşdur.

Ticarət xəbərləri

31 iyul 2017-cı il tarixində “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin fəaliyyəti Azərbaycan Respublikasının “Qiymətli kağızlar bazarı haqqında” Qanununa və Bakı Fond Birjasının (BFB) “Üzvlük Qaydaları”na uyğunlaşdırıldığı üçün, BFB-nin Üzvlük Komissiyasının qərarlı ilə birja üzvlüyü bərpa olunmuşdur.

Məlumat üçün bildiririk ki, “Xalq Kapital İnvestisiya Şirkəti” QSC Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 09 iyun 2017-cı il tarixində verilmiş investisiya şirkəti fəaliyyəti üçün lisenziyaya malikdir.

Hazırda BFB-nin “Xalq Kapital İnvestisiya Şirkəti” QSC də daxil olmaqla 7 üzvü var.

BFB-nin üzvlərinin siyahısı və onlar barədə ətraflı məlumat BFB-nin internet saytının (www.bfb.az) üzvlər bölməsində yerləşdirilmişdir.