Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

AİF-in istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilmişdir

Ticarət xəbərləri

10 Dekabr 2015-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının 4 000 000 manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilmişdir.

Hərracda 1 birja üzvü iştirak etmişdir. Sifarişin ümumi məbləği nominal üzrə 4 000 000 manat təşkil etmişdir.

Sifariş  101.2333% qiymətdə təqdim edilmişdir.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi  4 000 000  manat məbləğində müəyyən edilmişdir.

İstiqraz vərəqələrinin ödəmə tarixi 21 noyabr  2024-cü ildir.