Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

“AJC” MMC-nin istiqrazlarının yeni emissiyası

Ticarət xəbərləri

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “AJC” MMC faizli təmin edilmiş, sənədsiz adlı istiqrazlarının emissiya prospekti qeydə alınmışdır.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası QSC-də həyata keçiriləcək.

Emissiyanın parametrləri aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi AZ2001019770
Emissiyanın həcmi 11 000 000 ABŞ Dolları
Yerləşdiriləcək istiqrazların sayı 11 000 ədəd
Bir istiqrazın nominal dəyəri 1 000 ABŞ Dolları
İstiqrazların tədavül müddəti 720 gün
İstiqraz üzrə faiz dərəcəsi 8 %
Faiz ödəniş dövrünün müddəti 3 aydan bir
Anderrayter “Standard Kapital” MMC

 

İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.

“AJC” MMC-nin -nin istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az ) “Emitentlər” bölməsində yerləşdirilib.