Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

«AİF»-in istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılır

Ticarət xəbərləri

24 iyul 2015-ci il tarixində Bakı Fond Birjasında (BFB) «Azərbaycan İpoteka Fondu»-nun (AİF) AZ2009008684 dövlət qeydiyyat nömrəli, faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə ilk hərrac keçiriləcək.

Hərraca 5 000 000 AZN həcmində istiqraz çıxarılacaq. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. İstiqrazlar 100.1333%  qiymətlə satışa çıxarılacaqdır.

İstiqrazların ödənmə tarixi – 21 noyabr 2024-cü ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcəkdir.

İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat: Azərbaycan Respublikası Mərkəzi Bankı.

AİF-in təmin edilmiş istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.