Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Azərbaycan Respublikasının Mərkəzi Bankı Not (50100257S) yerləşdirmənin nəticəsi

Ticarət xəbərləri

21 iyun 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100257S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 150 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 8 investor tərəfindən 10 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 171,922,400.00 AZN təşkil etmişdir.

Sifarişlər 98.9609 AZN (13.50%) və 99.0749 AZN (12.01%)qiymətində təqdim edilmişdir.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.9609 AZN (13.50%), orta ölçülmüş qiyməti – 99.0459 AZN (12.38%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 21.06.2017 (t+0) tarixində həyata keçirilmişdir

Notların nominal üzrə reallaşdırılmış həcmi 150,000,000.00 AZN manat məbləğində müəyyən edilmişdir.

Notların ödəmə tarixi 19.07.2017-ci ildir.