Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Azərbaycan Respublikasının Mərkəzi Bankı Not (50100456S) yerləşdirmənin nəticəsi

Ticarət xəbərləri

29 mart 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100456S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 50 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 4 investor tərəfindən 4 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 33,424,000.00 AZN təşkil etmişdir.

Sifarişlər 98.8472 AZN (14.9945%) və 98.8772 AZN (14.5999%) qiymətində təqdim edilmişdir.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.8472 AZN (14.9945%), orta ölçülmüş qiyməti – 98.8494 AZN (14.9656%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 29.03.2017 (t+0) tarixində həyata keçirilmişdir

Notların nominal üzrə reallaşdırılmış həcmi 33,424,000.00 AZN manat məbləğində müəyyən edilmişdir.

Notların ödəmə tarixi 26.04.2017-ci ildir.