Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Azərbaycan Respublikasının Mərkəzi Bankı Not (50100553S) yerləşdirmənin nəticəsi

Ticarət xəbərləri

01 fevral 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100553S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 50 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 5 investor tərəfindən 7 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 29,616,000.00 AZN təşkil etmişdir.

Sifarişlər 98.8848 AZN (14.4999%) və 99.0000 AZN (12.9870%) qiymətində təqdim edilmişdir.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.8848 AZN (14.4999%), orta ölçülmüş qiyməti – 98.9322 AZN (13.8770%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 01.02.2017 (t+0) tarixində həyata keçirilmişdir

Notların nominal üzrə reallaşdırılmış həcmi 29,616,000.00 AZN manat məbləğində müəyyən edilmişdir.

Notların ödəmə tarixi 01.03.2017-ci ildir.