Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

4 oktyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50302576S dövlət qeydiyyat nömrəli, 30 mln manat həcmində, 168 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 9  investor tərəfindən qiymət intervalı  96.9681 AZN (6.70%) və 97.3647 AZN (5.80%) olan 13 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 117,325,000.00 AZN olmuşdur.

Azərbaycan Respublikasının Mərkəzi Bankının qərarına əsasən notların kəsmə qiyməti 97.2145AZN (6.14%), orta ölçülmüş qiyməti 97.2514AZN (6.06%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi  30,000,000.00 AZN təşkil etmişdir.

Notların ödəmə tarixi: 23.03.2020