Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

           10 yanvar 2020-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50200179S dövlət qeydiyyat nömrəli, 50 mln manat həcmində, 84 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 98.6648 AZN (5.79%) və  98.9040 AZN (4.74%) olan 22 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 371,399,300.00

AZN olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98.8470 AZN (5 %), orta ölçülmüş qiyməti 98.8621 AZN (4.93%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi

50 000 000.00 AZN təşkil etmişdir.

Notların ödəmə tarixi 06.04.2020