Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notları (252 gün) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

          24 yanvar 2020-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50400379S dövlət qeydiyyat nömrəli, 30 mln manat həcmində, 252 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 95.3289  AZN (6.99%) və  97.2103 AZN (4.10%) olan 20 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 151,866,600.00

AZN olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 97.2103 AZN (4.10%), orta ölçülmüş qiyməti 97.2103 AZN (4.10%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi

30 000 000.00 AZN təşkil etmişdir.

Notların ödəmə tarixi 05.10.2020