Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

29 may 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100576S  dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 27 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 19 investor tərəfindən qiyməti 99.4959 AZN (6.76%) olan 29 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 875,101,900.00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4959 AZN (6.76%), orta ölçülmüş qiyməti 99.4959 AZN (6.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi  200,000,000.00 AZN təşkil etmişdir.

Notların ödəmə tarixi 25.06.2019