Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

4 iyun 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100676S  dövlət qeydiyyat nömrəli, 100 mln manat həcmində, 29 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.4587 AZN (6.76%) olan 19 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 571,464,800.00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4587 AZN (6.76%), orta ölçülmüş qiyməti 99.4587 AZN (6.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi  100,000,000.00 AZN təşkil etmişdir.

Notların ödəmə tarixi 03.07.2019