Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

 25 iyun 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100976S  dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 29 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 16 investor tərəfindən qiyməti 99.4787 AZN (6.51%) olan 22 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 727,692,700.00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4787 AZN (6.51%), orta ölçülmüş qiyməti 99.4787 AZN (6.51%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi             200 000 000.00 AZN təşkil etmişdir.

Notların ödəmə tarixi 24.07.2019