Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Bakı Fond Birjası Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım vəsaiti ayırdı

Korporativ xəbərlər

Bakı Fond Birjası Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli fərmanı əsasında ölkəmizdə koronavirusun yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım vəsaiti ayırıb. Bakı Fond Birjası korporativ sosial məsuliyyətlilik daxilində yardımının əsas məqsədi koronavirus (COVİD-19) pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində sosial həmrəyliy nümayiş etdirmək və ölkə iqtisadiyyatına təhlükəli xəstəliklə mübarizədə öz töhfəsini verməkdir.

Qeyd edək ki, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşlarına mənfi təsirini məhdudlaşdırmaq istiqamətində dövlətin səylərini dəstəkləmək istəyən fiziki və hüquqi şəxslər Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ödəmələr həyata keçirə bilər. Eyni zamanda, maliyyə dəstəyi ilə yanaşı hər kəsi gigiyena qaydalarına riayət etməyə, lazım olmadıqca çölə çıxmamağa, pandemiya ilə bağlı məlumatları yalnızca güvənilir mənbələrdən əldə etməyə çağırır və bu çətin dövrdə həmrəylik göstərməyə dəvət edirik.