Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Bakı Fond Birjasında repo predmeti olan qiymətli kağızların siyahısı yenilənmişdir

Korporativ xəbərlər

“Bakı Fond Birjasında qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə ticarətin təşkili və keçirilməsi Qaydaları”na dəyişikliklərin 27 sentyabr 2019-cu il tarixində təsdiqlənməsi ilə Bakı Fond Birjasında repo əməliyyatlarının stimullaşdırılması üzrə bir sıra yeni müddəalar qüvvəyə minmişdir. Dəyişikliklərdən sonra Bakı Fond Birjasının əsas və standart bazar seqmentində listinqə daxil olan korporativ qiymətli kağızlar repo predmeti kimi istifadə olunması mümkün olmuşdur.

01 noyabr 2019-cu il tarixindən etibarən Bakı Fond Birjasında repo əməliyyatlarında repo predmeti olan qiymətli kağızların yeni siyahısı və onlar üzrə təminat əmsalı qüvvəyə minmişdir. Siyahı Bakı Fond Birjasının internet səhifəsində “Repo bazarı” bölməsində (https://bfb.az/korporativ-repo-emeliyyatlari/) yerləşdirilmişdir.