Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Bakı Fond Birjasının səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilmişdir

Korporativ xəbərlər

20 dekabr 2019-cu il tarixində “Bakı Fond Birjası” QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında cəmiyyətin 2020-ci il üzrə büdcə layihəsi təsdiq olunmuşdur. Əlavə olaraq, cəmiyyətin müşahidə şurasının və audit komitəsinin tərkibində dəyişikliklər edilərək yeni üzvlər seçilmiş, o cümlədən birjanın fəaliyyəti bağlı digər məsələlərə müzakirə olunmuşdur.

Ümumi yığıncağın qərarına əsasən “Bakı Fond Birjası” QSC-nin Audit komitəsinə yeni üzv kimi Qədirov Namiq Natiq oğlu seçilmişdir. Yığıncaqda həmçinin müşahidə şurasının üzvlüyünə aşağıdakı şəxslər seçilmişdir:

  1. Həsənov Tural Nurəddin oğlu – “Unibank” Kommersiya Bankı ASC-nin Risklərin İdarəedilməsi departamentinin direktoru;
  2. Abdullayev Ceyhun Əliağa oğlu – “İnvest-AZ Yatırım Menkul Değerler” A.Ş.-nin Direktorlar Şurasının üzvü;
  3. Yusubov İlqar Fayuz oğlu – “Azər-Türk Bank” ASC-nin Xəzinədarlıq Departamentinin direktoru.