Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

“BFB-nin market meyker fəliyyətinə dair daxili qaydalar”na edilmiş əlavə/düzəlişlər qüvvəyə minmişdir.

Ticarət xəbərləri

Bakı Fond Birjasının “BFB-də market meyker fəliyyətinə dair daxili qaydalar”na edilmiş əlavə/düzəlişlər qüvvəyə minmişdir. Qaydalara edilmiş düzəlişlərə əsasən birja üzvləri üçün BFB-də səhmlər üzrə market meyker fəaliyyətinə olan tələblər sadələşdirilmişdir.

Eyni zamanda, səhm bazarında tələb-təklifi stimullaşdırmaq və bazarın likvidliyini artırmaq məqsədi ilə, BFB-nin İdarə Heyətnin qərarı ilə market meyker tərəfindən təqdim edilən alış -satış kotirovkalarının minimal həcminin və qiymət dəhlizinin hər bir səhm buraxılışı üzrə ayrı-ayrılıqda müəyyən edilməsi qərara alınmışdır. Bundan irəli gələrək, AZ1001018378 dövlət qeydiyyat nömrəli, “Holcim Azərbaycan” ASC-nin səhmləri üzrə market meyker kotirovkasının minimal həcmi və alış – satış kotirovkaları üzrə qiymət dəhlizi müvafiq olaraq 15 000 manat (on beş min manat) və 5% müəyyən edilmişdir.

BFB-də market meyker fəaliyyətinə dair qaydaları və BFB-nin İdarə Heyətinin müvafiq qərarı birjanın internet saytının qayda və təlimatlar bölməsində yerləşdirilmişdir.