Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

BFB tərəfindən yenilənmiş Listinq qaydalarının təqdimatı olmuşdur

Korporativ xəbərlər

“Bakı Fond Birjası” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən yenilənmiş “Qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanması, delistinqi və ticarətin təşkili”  qaydalarının təqdimatı olmuşdur.

Sözügedən qaydalarda mövcud listinq prosesləri optimallaşdırlmış və bazar seqmentləri üzrə tələblər yerli bazarın xüsusiyyətlərinə uyğunlaşdırılmış, eləcə də qiymətli kağızların ticarətə buraxılması, listinqi və delistinqi və onların emitentlərinin birja qarşısındakı öhdəlikləri sadələşdirilmişdir.

Eyni zamanda yeni qaydalarda xarici emitent və Azərbaycanın üzv olduğu beynəlxalq qurumların Azərbaycan kapital bazarlarında qiymətli kağız buraxılışını tənzimləyəcək dəyişikliklər əlavə edilmişdir.

Tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Fond Bazarları Assosiasiyasının,  İnvestisiya şirkətlərinin, Milli Depozit Mərkəzinin, Emitentlər və Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişdir.

Qeyd edək ki, yeni qaydalar BFB-nin  internet səhifəsində yerləşdirilmişdir və 13 mart 2019-cu il tarixindən qüvvəyə minəcəkdir.

https://bfb.az/qayda-ve-telimatlar/