Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Birja üzvlərinin adından BFB-də ticarət əməliyytalarında iştirak edəcək yeni səlahiyyətli treyderlər təyin edilmişdir.

Ticarət xəbərləri

23 fevral 2017-ci il tarixində Bakı Fond Birjasında Birja Üzvlərinin adından BFB-də səlahiyyətli treyder olacaq yeni namizədlərinin növbəti akkreditasiyası təşkil edilmişdir.

Nəticədə akkreditasiyanı müvəffəqiyyətlə başa vurmuş namizədlərə BFB-də treyder fəaliyyətinin həyata keçirilməsi üçün treyder şəhatədnamələri təqdim edilmişdir.

Beləliklə, 23 fevral 2017-ci il tarixinə Bakı Fond Birjasının 6 üzvünün ümumilikdə 14 treyderi akkreditasiyadan keçmiş və onlara birja üzvünün adından BFB-də ticarətdə iştirak etmək hüququ verilmişdir.

BFB-də treyderlərin akkreditasiyasının məqsədi, birja üzvü adından birjada ticarətdə iştirak edəcək şəxslərin bilik və bacarıqlarının  müvafiq funksiyalara uyğunluğunu müəyyən etmək, o cümlədən səlahiyyətli treyderlərin BFB-də ticarətdə iştirakı üçün zəruri nəzəri və praktiki biliklərə sahib olmasını təmin etməkdir. Eyni zamanda, bu məqsədlə mütəmadi olaraq Kapital Bazarı üzrə Təlim Mərkəzi və Bakı Fond Birjasının birgə təşkilatçılığı ilə birja üzvlərinin səlahiyyətli treyderləri üçün müvafiq peşəkar təlimlər təşkil edilir.