Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

“BTB Bank” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Ticarət xəbərləri

Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “BTB Bank” ASC-nin istiqrazları 3 mart 2020-ci il tarixində standart bazar seqmentində listinqə daxil edilmişdir.

5 mart  2020-ci il tarixində isə “BTB Bank” ASC-nin 2 000 000 (iki milyon) manat həcmində  istiqrazlarının ticarəti həyata  keçiriləcəkdir. İstiqrazların tədavül müddəti 1 (bir) təqvim ilidir (365 gün) və illik faiz dərəcəsi 9% olmaqla, yerləşdiyi tarixdən etibarən dövri olaraq hər rübün son iş günü ödəniləcəkdir.

İstiqrazların emissiya prospekti Bakı Fond Birjasının internet səhifəsində “Listinqdə olan emitentlər” (https://bfb.az/teqdimat/?s_issuer=1389) bölməsindən əldə edə bilər. Yerləşdirmə üzrə anderrayter “BTB Kapital İŞ” ASC-dir.

Dövlət qeydiyyat nömrəsi – İSİN İstiqrazların növü və forması İstiqrazların sayı Hərrac tarixi İstiqrazların hərrac qiyməti
AZ2002009440 Faizli təmin edilməmiş 2 000

(ədəd)

05.03.2020 1000 AZN

 

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://bfb.az/uzvlerin-siyahisi/) bölməsində yerləşdirmişdir.