Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

DOİ (AZ0105002551) yerləşdirmənin nəticəsi

Ticarət xəbərləri

28 mart 2017-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0105002551 ISIN kodlu, 728 gün tədavül müddətli, 10 000 000 AZN həcmində ortamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 5 investor tərəfindən 11 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 26,550,500.00 AZN təşkil etmişdir.

Sifarişlər 87.8150 AZN (22.9335%) və 100.0200 AZN (14.9880%) qiymət intervalında təqdim edilmişdir.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 100.0000 AZN (15.0000%) orta ölçülmüş qiyməti 100.0104 AZN (14.9937%) təşkil etmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 29.03.2017 (t+1) tarixində həyata keçiriləcəkdir

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  9 498 500 AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  26.03.2019-cı  ildir.