Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

DQİ (AZ0102005490) yerləşdirmənin nəticəsi

Ticarət xəbərləri

01 mart 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102005490 ISIN kodlu, 91 gün tədavül müddətli, 15 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

İstiqrazlar üzrə gəlirliliyin bazarda tələb və təklif əsasında formalaşması məqsədi ilə, ilk dəfə olaraq təqdim edilən sifarişlər üzrə Emitent tərəfindən qiymət (gəlirlilik) həddi təyin edilməmişdir.

Eyni zamanda, Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə, bir çox dünya ölkələrinin təcrübəsində istifadə olunan, t+1 hesablaşma rejimi (hesablaşmaların ticarətdən sonrakı tarixində həyata keçirilməsi) tətbiq edilmişdir.

Hesablaşmaların bu metodla həyata keçirilməsi zamanı investorlar tərəfindən hərracda iştirak üçün vəsaitlərin öncədən hesablaşma hesabına köçürülməsi tələb edilmir.

Hərrac zamanı 6 investor tərəfindən 11 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 39 745 500 AZN təşkil etmişdir.

Sifarişlər 95,77 AZN (gəlirlik 17.7644%) və 97.60 AZN (gəlirlik 9.8901%) qiymət intervalında təqdim edilmişdir.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimal qiyməti 95.9340 AZN (gəlirlik 17.0464 %), orta ölçülmüş qiyməti 96.0337 AZN  (gəlirlik 16.6112 %) təşkil etmişdir.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi  15 000 000  AZN təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi  31 may 2016-cı  ildir.