Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

DQİ (AZ0102006498) yerləşdirmənin nəticəsi

Ticarət xəbərləri

15 mart 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102006498 ISIN kodlu, 182 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Sifarişlər 10 investor tərəfindən 20 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 35 819 200 AZN təşkil etmişdir.

Sifarişlər 88.9200 (gəlirlik 25.1966 %) və 94.3543 (gəlirlik 12.0992 %) qiymət intervalında təqdim edilmişdir..

İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti –  93.0000 (gəlirlik 15.2201 %) orta ölçülmüş qiymət 93.6107  (gəlirlik 13.8016 %) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 16.03.2016 (t+1) tarixində həyata keçiriləcəkdir.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi  10 000 000  AZN məbləğində müəyyən edilmişdir.

İstiqrazların ödəmə tarixi  13 sentyabr 2016-cı  ildir.

İstiqrazların tədavül müddəti –  182  gündür.