Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

“Embafinans” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Ticarət xəbərləri

8 noyabr 2019-cu il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Embafinans” MMC-nin AZ2005020600 İSİN-li, hər birinin nominal dəyəri 1000 AZN olan 1000 ədəd, sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

İstiqrazların yerləşdirilməsi 14 noyabr 2019-cu il tarixində BFB-də birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazın növü Adlı, faizli, təmin edilməmiş
Qiymətli kağızın ISIN kodu AZ2005020600
Hərraca çıxarılan həcm 1 000 000 AZN
İstiqrazın nominal dəyəri 1000АZN
Hərrac qiyməti 1000 AZN
İstiqrazın tədavül müddəti1  1 il
Faiz dərəcəsi 10.5 %
Faiz ödənişləri müddəti Hər 1 (bir) təqvim ayından bir    
Geri satınalma şərti Emissiya prospektinin 14.14 bəndinə əsasən       emitent tərəfindən təmin olunur
Anderrayter “Unicapital İŞ” ASC

 

İstiqrazların emissiya prospektini Bakı Fond Birjasının internet səhifəsində “Emitentlər” bölməsindən əldə edə bilərsiniz. https://bfb.az/teqdimat/

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.