Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

“Finex Kredit BOKT” ASC-nin istiqrazlarının yeni emissiyası

Ticarət xəbərləri

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Finex Kredit BOKT” ASC faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının emissiya prospekti qeydə alınmışdır.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası QSC-də həyata keçiriləcək.

Emissiyanın parametrləri aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi AZ2004019249
Emissiyanın həcmi 195 000 ABŞ Dolları
Yerləşdiriləcək istiqrazların sayı 390 ədəd
Bir istiqrazın nominal dəyəri 500 ABŞ Dolları
İstiqrazların tədavül müddəti 1080 gün
İstiqraz üzrə faiz dərəcəsi 14 %
Faiz ödəniş dövrünün müddəti 3 aydan bir
Anderrayter “Texnika Kapital Menecment” MMC

 

İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.

“Finex Kredit BOKT” ASC-nin istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az ) “Emitentlər” bölməsində yerləşdirilib.