19Mar2024
07:57:48Ticarət bağlıdır
Bazar statusu
SəhmBazar bağlıdır
İstiqrazBazar bağlıdır
REPOBazar bağlıdır

Ruslan Ələkbər oğlu Xəlilov

Vəzifə:Bakı Fond Birjasının İdarə Heyətinin sədri
Əlaqə telefonu:(+994 12) 498-98-20
E-mail:info@bse.az

1985-ci ildə anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.

2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “Beynəlxalq İqtisadi Münasibətlər” ixtisası üzrə bakalavr dərəcəsini, 2009-cu ildə Xəzər Universitetini “Korporativ maliyyə” ixtisası üzrə magistr dərəcəsini, 2012-ci ildə ABŞ-ın Dyuk Universitetinin Fuqua Biznes Məktəbini “Biznes İşinin Təşkili (MBA)” ixtisası üzrə magistr dərəcəsini bitirmişdir.

○ 2005-2012-ci illərdə müxtəlif yerli təşkilatlarda biznesin inkişafı və maliyyə menecmenti sahələrində çalışmış, həqiqi hərbi xidmətdə olmuşdur.

2012-2017-ci illərdə “Azərbaycan Respublikası Dövlət Neft Fondu”-da İnvestisiya meneceri vəzifəsində işləmişdir.

2017-2018-ci illərdə Səudiyyə Ərəbistanı, Ciddə şəhərində “İslam İnkişaf Bankı Qrupu”-da İnvestisiya inzibatçısı vəzifəsində çalışmışdır.

2018-2021-ci illərdə “Paşa Bank” ASC-də İnvestisiya Bankçılığı şöbəsinin müdiri vəzifəsində işləmişdir.

2021-2023-cü illərdə ”Paşa Kapital” QSC-də Direktor müavini vəzifəsində çalışmışdır.

2023-cü ilin iyun ayından 2024-cü ilin yanvar ayına kimi “Boston Konsaltinq Qrup” şirkətində məsləhətçi vəzifəsində işləmişdir.

14.12.2023-cü il Səhmdarların Ümumi Yığıncağının qərarı ilə “Bakı Fond Birjası” QSC-nin İdarə heyətinin sədri vəzifəsinə təyin edilmişdir.

Chartered Financial Analyst (CFA): “CFA İnstitute” təşkilatının üzvüdür.

 Ailəlidir, 2 övladı var.

Oqtay Vaqif oğlu Qasımov

Vəzifə:Bakı Fond Birjasının İdarə Heyətinin üzvü – Baş Kommersiya inzibatçısı
Əlaqə telefonu:(+994 12) 498-98-20
E-mail:info@bse.az

1985-ci ildə anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.

2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə və Kredit” ixtisası üzrə bakalavr dərəcəsini, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə və Bankçılıq” ixtisası üzrə magistr dərəcəsini bitirmişdir.

2005-2007-ci illərdə “Parabank” ASC-də Xəzinədarlıq Departamentinin Dilinq şöbəsində mütəxəssis, 2007-2009-cu illərdə həmin şöbənin müdiri  vəzifəsində işləmişdir.

2009-2020-ci illərdə “Rabitəbank” ASC-də Xəzinədarlıq Departamentinin Direktoru vəzifəsində işləmişdir.

2020-2021-ci illərdə “Paşa Bank” ASC-də İnvestisiya Bankçılığı şöbəsində baş mütəxəssis, 2021-ci ildən 2023-cü ilin dekabr ayına kimi isə ”Paşa Bank” ASC-də Özəl Bankçılıq biznes bölümündə özəl müştəri aktivlərinin idarə edilməsi və investisiya məsləhəti sahəsində portfel meneceri vəzifəsində işləmişdir.  

14.12.2023-cü il Səhmdarların Ümumi Yığıncağının qərarı ilə “Bakı Fond Birjası” QSC-nin İdarə heyətinin üzvü, Baş Kommersiya İnzibatçısı vəzifəsinə təyin edilmişdir.

Chartered Financial Analyst (CFA): “CFA İnstitute” təşkilatının üzvüdür.

 Ailəlidir, 2 övladı var.

Mehman Dibir oğlu Ramazanov

Vəzifə:Bakı Fond Birjasının İdarə Heyətinin üzvü – Baş Maliyyə inzibatçısı
Əlaqə telefonu:(+994 12) 498-98-20
E-mail:info@bse.az

1977-ci ildə anadan olmuşdur. Ali təhsillidir.

2000-ci ildə Xəzər Universitetini “İqtisadiyyat və Maliyyə” ixtisası üzrə bakalavr dərəcəsini, 2004-cü ildə ABŞ-ın Kolorado Universitetini “Biznesin İdarəetməsi (MBA)” ixtisası üzrə magistr dərəcəsini bitirmişdir.

1997-2020-ci illərdə müxtəlif yerli və xarici şirkətlərdə maliyyə və mühasibatlıq sahələrində çalışmış.

2020-ci ilin yanvar ayından 2021-ci ilin oktyabr ayına kimi “Finadco” QSC-nin Baş Maliyyə Direktoru vəzifəsində işləmişdir.

2021-ci ilin noyabr ayından 2023-cü ilin noyabr ayına kimi Gənclər və İdman Nazirliyində İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

14.12.2023-cü il Səhmdarların Ümumi Yığıncağının qərarı ilə “Bakı Fond Birjası” QSC-nin İdarə heyətinin üzvü vəzifəsinə təyin edilmişdir.

Chartered Financial Analyst (CFA): “CFA İnstitute” təşkilatının hər üç imtahanını uğurla tamamlamışdır.